Bəzi banklar dolları ucuzlaşdırdı | Banco.az

Bəzi banklar dolları ucuzlaşdırdı

Bu gün Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu ucuzlaşdırıb. 

Hazırda dollar 1,6300 manatadan başlayaraq alınır, 1,7290 manatdan yüksək satılır.

Belə ki, dünən “Unibank” dolları 1,7210 manata alıb, 1,7400 manata satırdı, indi isə 1,7150 manata alıb, 1,7320 manata satır.

Bundan başqa, “Bank Silk Vey” dolların həm alışını, həm də satışını ucuzlaşdırıb: alışı 1,7200 manatdan 1,7000 manatadək, satışı 1,7420 manatdan 1,7400 manatadək.

Ən sərfəli kredit üçün müraciət et

“Amrahbank” yalnız dolların satış məzənnəsi ucuzlaşdırıb: 1,7380-dən 1,7300 manatadək.

“Bank Avrasiya” isə dünənki məzənnə ilə müqayisədə dolların alış kursunu 1 qəpik bahalaşdırıb: 1,7100 manatdan 1,7200 manatadək.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et