Bəzi banklar dolları bahalaşdırıb | Banco.az

Bəzi banklar dolları bahalaşdırıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) dolların məzənnəsini stabil saxlamasına baxmayaraq, banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur. 

Səhər saatlarında 1 dollar 1,5300 manatdan yüksək alınır, 1,7600 manatdan baha satılır.

Dünən dolları 1,6000 manata alıb, 1,7310 manata satan “Accessbank” bu gün 1,6300 manata alır, 1,7600 manata satır.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku” da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 13-də alış 1,68, satış 1,79 manat idi. Bu gün isə dolların alışı 1,7, satışı 1,8 manatdır. 

“Turanbank” həmçinin alışı 1,6000 manatdan 1,6700 manata, satışı 1,7800 manatdan 1,73 manata qaldırıb.

Mənbə: Fins.az