Bəzi apteklərdə dərmanın və qəbzin üzərində qiymətlər fərqlidir | Banco.az

Bəzi apteklərdə dərmanın və qəbzin üzərində qiymətlər fərqlidir

Dərmanın üzərində bir qiymət, qəbzin üzərində isə başqa bir qiymətdir. Üzərində qiyməti 17 manat 32 qəpik yazılan dərman müştəriyə 19 manat 20 qəpiyə satılıb.

Hadisə paytaxt sakini Nicat Haqverdiyevin başına gəlib. 

O, dərman vasitəsini Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən apteklərdən birindən aldığını deyir.

Sonra isə Nicat Haqverdiyev aldadıldığını iddia edərək dərman vasitəsini aldığı aptekə geri qaytarıb. Məsələ ilə bağlı dərmanın satıldığı aptekdə satıcı işləyən Leyla Məmmədova bildirdi ki, həmin dərmanların qiyməti otən ilin noyabr ayında Tarif Şurası tərəfindən dəyişdirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Preparatın hazırkı qiyməti 19 manat 20 qəpikdir.

İqtisadiyyat Nazirliyindən bildirildi ki, apteklərdə satışda olan dərman vasitələrinin əksəriyyətinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. 

Konkret sözügedən dərman vasitəsinin adı Tarif Şurasının qiymətlərini təsdiqlədiyi dərmanlar siyahısındadır. Nazirlikdən həmçinin xatırladıldı ki, bütün aptek sahibləri dərmanları Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satmalıdır.

Mənbə: Xezerxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et