Beynəlxalq Valyuta Fonduna yeni sədr seçildi | Banco.az

Beynəlxalq Valyuta Fonduna yeni sədr seçildi

Bolqar əsilli Kristalina Georgieva Beynəlxalq Valyuta Fondunun (BVF) sədri seçilib.

BVF İcra Şurası, Georgievanın 1 Oktyabrdan etibarən BVF sədri olmasına qərar verdiyini açıqlayıb.

Açıqlamada, Georgievanın vəzifə müddətinin 5 il olacağı qeyd olunub.

Ənənəvi olaraq BVF-nin sədri vəzifəsinə avropalı, Dünya Bankının sədri vəzifəsinə də ABŞ vətəndaşı seçilir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda BVF-nin sədri olan Kristin Laqard (Christine Lagarde) Avropa Mərkəzi Bankının (ECB) sədri vəzifəsinə keçəcək.

1953-cü ildə Bolqarıstanda doğulmuş Georgieva, daha əvvəl Avropa Birliyi Komissiyasında üzv olaraq da işləmişdir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et