Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,4 mlrd dollar həcmində ikinci kredit tranşının ayrılmasına dair qərar verib. Verilən xəbərə görə, BFV-in rəsmi nümayəndəsi Cerri Rays bildirib ki, Ukrayna maliyyə yardımının növbəti tranşının alınması üçün fondun şərtlərini yerinə yetirib.
Qeyd edək ki, bu ilin aprelində Ukrayna “stand by” ikiillik kredit proqramı çərçivəsində 3,19 mlrd dollar vəsait alıb. Vəsaitlər Ukraynada makroiqtisadi sabitliyin bərpasına və iqtisadi artıma nail olmaq üçün nəzərdə tutulub.
Lent.az