Beynəlxalq telekommunikasiya şirkəti kütləvi ixtisarlara hazırlaşır | Banco.az

Beynəlxalq telekommunikasiya şirkəti kütləvi ixtisarlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Vodafone” şirkəti 11 min işçisini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Britaniyanın telekommunikasiya nəhəngi “Vodafone” yaxın üç il ərzində 11 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.

Avropa və Afrikada ümumilikdə 100 min işçisi olan “Vodafone”un bu ixtisar planı şirkət tarixindəki ən böyük ixtisarlar olaraq göstərilir.

Şirkətin açıqlamasında işdən çıxarılmaların ilkin mərhələdə Almaniya və İtaliyada həyata keçiriləcəyi bildirilib.

Xatırladaq ki, “Vodafone”un sözügedən ixtisar qərarı şirkətin illik satış həcmini cüzi artımla 45,7 milyard avroya çatdırdığını və vergidən əvvəlki mənfəətinin azaldığını bildirməsindən sonra elan edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et