Beynəlxalq şirkətlər üçün minimum vergi dərəcəsi tətbiq olunacaq | Banco.az

Beynəlxalq şirkətlər üçün minimum vergi dərəcəsi tətbiq olunacaq

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı iri şirkətlər üçün minimum vergi dərəcəsi tətbiq etməyi planlayır.

Banco.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Aİ-nin Brüssel sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. O, müvafiq qərarı qlobal vergi sistemi üçün ədalətli addım adlandırıb. Beləliklə, müvafiq qərarın icra olunacağı təqdirdə, minimum 750 milyon avro satış həyata keçirən beynəlxalq şirkətlərə ən azı 15% vergi tətbiq oluna bilər.

Almaniya kanslerinin sözlərinə görə, o, maliyyə naziri olarkən bu sazişin tərəfdarı olub. Bununla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində danışıqlar aparıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram