“Beynəlxalq Sığorta”dan 4 yeni kasko məhsulu | Banco.az

“Beynəlxalq Sığorta”dan 4 yeni kasko məhsulu

“Beynəlxalq Sığorta Şirkəti” bazara 4 yeni kasko sığortası məhsulu təqdim edib. Şirkətdən verilən məlumata görə, onların sırasına “Kasko yarı qiymətə”, “Kasko+”, “Mikro kasko” və “Tam kasko” məhsulları daxildir.

 

 

 

“Kasko yarı qiymətə”

“Kasko yarı qiymətə” məhsulunda müştəri sığorta haqqının yarısını (avtomobilin dəyərinin 1,8%-i qədər) ödəyir və sığorta müddəti ərzində qəza törətməsə əlavə heç bir ödəniş etmir. Sığorta hadisəsi baş verdikdə isə müştəriyə düşən ödənişdən sığorta haqqının qalan hissəsi çıxılır. Ümumilikdə, bu məhsulda azadolma məbləği (franşiza) yoxdur. Amma sürücünün yaşı 22-yə qədərdisə onda əlavə olaraq 200 manat franşiza tətbiq olunur.

 

“Kasko+”

Şirkətin kasko sığortasına dair 2-ci məhsulu isə “Kasko+” adlanır. Avtomobilini bu məhsulun şərtlərinə uyğun sığorta etdirənlər bonus olaraq istənilən daşınar əmlaka 15 min manatlıq sığorta təminatı əldə edirlər. Daşınar əmlak dedikdə, evdəki mebel və məişət texnikası - məsələn soyuducu, televizor, kondisioner və s. nəzərdə tutulur. Sığorta haqqının məbləği 100 manat franşiza olmaq şərti ilə avtomobilin dəyərinin 3,1%-i qədərdir.

 

“Mikro kasko”

Ən sərfəli kredit üçün müraciət et

“Mikro kasko” məhsulu isə kiçik məbləğli zərərləri qarşılamaq üçün nəzərdə tutulub. Belə ki, müştərilər yol qəzası nəticəsinə onlara dəyəcək ziyanın yalnız bir hissəsini sığorta etdirirlər, bununla da sığorta haqqını az ödəyirlər. 1500 manatlıq təminat 100 manata, 2500 manatlıq təminat 150 manata, 2000 manatlıq təminat isə 200 manata başa gəlir. Bu paketdə franşiza avtomobilin dəyəri 25 min manatdan çox olduqda 100 manat, sığortalının yaşı 22-dən az olduqda isə 200 manat təşkil edir.

 

“Kompleks kasko”

Adından göründüyü kimi “Kompleks kasko” məhsulu bir neçə xidməti əhatə edir. Bu sığortanın sahibləri avtomobillərin icbari və könüllü sığortası, 3-cü şəxslər qarşısında əlavə olaraq 5 min manatlıq məsuliyyət sığortası və əlavə olaraq 25 min manatlıq fərdi qəza sığortası əldə edirlər. Sığorta haqqı 100 manat franşiza ilə avtomobilin dəyərinin 2,99%i qədərdir. Sığortalının yaşı 22-yə qədər olduqda franşiza 200 manat olur.

"Beynəlxalq Sığorta Şirkəti"nin təqdim etdiyi yeni məhsullar istehsal ili 2007-ci ildən aşağı olmayan avtomobillərə aiddir. Bu məhsulardan Rusiya istisna olmaqla, bütün ölkələrdə istehsal edilmiş avtomobillərin sahibləri yararlana bilərlər. Maşından ölkə daxilində və şəxsi məqsədlə istifadə olunması da şərtdir. Amma hər bir məhsul üzrə avtomobillərin dəyərinə hədd qoyulub. Belə ki, “Kasko yarı qiymətə” 10-70 min manatlıq, “Kasko +” 15-70 min manatlıq, “Mikro kasko” 10-40 min manatlıq, “Tam kasko” isə 8-70 min manatlıq maşınlar üçün nəzərdə tutulub.

Mənbə: fins.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et