Beynəlxalq Sığorta Şirkəti (BSŞ) öz rəsmi saytının yeni təkmilləşdirilmiş versiyasını təqdim edib.
Qeyd edək ki, şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin saytların yenilənməsi barədə sərəncamına uyğun olaraq, saytını yeniləmiş və 2014-cü ilin 1 iyun tarixindən etibarən elektron xidmətlərin göstərilməsinə başlamışdır.
Saytın yenilənmiş versiyasında onlayn-rejimdə təklif olunan sığorta xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə sayt istifadəçilərinə sığorta kalkulyatoru, ərizələrin verilməsi və agentə müraciət kimi xidmətlər təklif olunur. BSŞ-nin fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədilə saytda həmçinin şirkətin müxtəlif illəri əhatə edən maliyyə hesabatları yerləşdirilib.
Bundan əlavə, saytda şirkətin müxtəlif məhsulları, o cümlədən, "Mikro KASKO", "KASKO+" xidmətləri haqqında məlumata da yer verilib.
Sevinc İbadova/Banco.az