"Beynəlxalq səfərlər pandemiyadan əvvəlki səviyyəyə qayıdır" | Banco.az

"Beynəlxalq səfərlər pandemiyadan əvvəlki səviyyəyə qayıdır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

IATA: Beynəlxalq səfərlər pandemiyadan əvvəlki səviyyəyə qayıdır.

Banco.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqladığı məlumatlara görə, dünyanın müxtəlif yerlərindən olan səyahət həvəskarları bu yay ən azı bir səfər planlaşdırır və bununla da pandemiya dövrünün təsirlərinin artıq geridə qaldığı güman edilir.

Qeyd edilib ki, 11 ölkədən 4700 səyahət həvəskarını əhatə edən sorğuda iştirak etmiş şəxslərin 79 faizi 2023-cü ilin iyun-avqust ayları ərzində ən azı bir səyahət planlaşdırdıqlarını bildiriblər.

İştirakçıların 80 faizi isə pandemiyadan sonrakı problemlərin həll olunduğunu və problemsiz səyahət gözlədiklərini söyləyiblər.

Əvvəlcədən rezervasiya məlumatları göstərir ki, ən böyük artım 134,7 faizlə Asiya Sakit okean regionunda, 42,9 faizlə Yaxın Şərqdə və 39,9 faizlə Avropada gözlənilir. Bu bölgələri müvafiq olaraq Afrika, Latın Amerikası və Şimali Amerika izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et