Beynəlxalq ödənişlərdə avrodan istifadə azalıb | Banco.az

Beynəlxalq ödənişlərdə avrodan istifadə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq ödənişlərdə avrodan istifadə azalıb.

Banco.az xəbər verir ki, “SWIFT” (Banklararası Maliyyə Telekommunikasiya Assosiasiyası) tərəfindən açıqlanan məlumatlara görə, beynəlxalq ödənişlərdə avrodan istifadə ötən 3 ilin ən aşağı səviyyəsinə enib, yuan isə 5 ayın pik həddinə çatıb.

Avropa İttifaqının (Aİ) ortaq valyutası olan avronun ödənişlərdə istifadəsi aprel ayı ərzində 3 ilin minimumuna geriləyib. Belə ki, bu nisbət mart ayında 32,64 faiz idisə, ötən ay 31,74 faizə düşüb.

Digər tərəfdən, Çin yuanından istifadə 5 ayın ən yüksək səviyyəsinə çatıb. Çin yuanının istifadə dərəcəsi 2,26 faizdən 2,20 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ dollarından istifadədə də artım qeydə alınıb. Belə ki, bu nisbət 41,74 faizdən 42,71 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et