ABŞ-ın maliyyə xidmətləri nəhəngi "Fidelity National Information Services Inc." şirkəti (FIS) yenə ABŞ-ın porssesinq (onlayn ödənişlərin emalı) şirkəti "Worldpay Inc."ı 34 milyard dollarlıq nağd pul və qiymətli kağızı (səhmi) qarşılığında satın alacaq.
Sözügedən müqavilə, beynəlxalq ödəmə sektorunda indiyədək ən böyük müqavilə olacaq.
İki şirkət tərəfindən Bazar ertəsi günü verilən məlumata görə, "Fidelity"inin "Worldpay"in borclarını da üzərinə götürməsilə birlikdə müqavilənin dəyəri 43 milyard dollar olur.
FIS-in mövcud səhmdarları birləşmədən sonrakı şirkətin təxminən 53%-nə, "Worldpay"in səhmdarları isə 47%-nə sahib olacaq.
"Boston Consulting Group" və "Swift"in hesabatına görə, ödənişlər sektorunun ümumi dövriyyəsinin 2027-ci ilə qədər 2.4 trilyon dollara çıxması gözlənilir.
marja