Türkiyənin kredit reytinqi endirildi
Beynəlxalq kredit reytinq agentliyi "Moody's" Türkiyənin kredit reytinqini "B2"dən "B3"ə endirib, reytinq proqnozunu "mənfi"dən "sabit"ə dəyişdiyini açıqlayıb. "Moody's" kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyənin tədiyyə balansına artan təzyiqləri və valyuta ehtiyatlarının daha da azalması riskini göstərib.
"Moody's" qeyd edib ki, hakimiyyət orqanlarının valyutanı sabitləşdirmək və valyuta buferlərini artırmaq üçün getdikcə qeyri-adi tədbirlərə əl atmağa məcburdur.
ABŞ-da inflyasiya
Ötən həftə ABŞ-da inflyasiyanın açıqlanması ilə yadda qaldı. Bu, həftənin ən vacib xəbərlərindən biri idi. Belə ki, analitiklər FES-in 2 dəfə ard-arda yüksək faiz artımlarından sonra inflyasiyanın azalacağını proqnozlaşdırırdılar. Nəticədə, inflyasiya 8,5% olaraq açıqlandı. Bu gözləntilərdən (8,7%) daha aşağı nəticə idi.
Qeyd edək ki, bundan öncə ABŞ-da ən yüksək inflyasiya səviyyəsi 9,1% olaraq açıqlanmışdır. Bu son illərin ən yüksək inflyasiyası hesab edilirdi .
Bizi sosial şəbəkələrdən izləyin!!