“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib | Banco.az

“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib

“Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov vəzifəsindən azad edilib.

Onun yerinə İlham Musayav təyin edilib.

E.Əhmədov isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İH sədrinin müşaviri vəzifəsinə gətirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə reberendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin səhmləri 100% ABB-yə məxsusdur. 

Mənbə: Report.az