Beynəlxalq köçürmələrlə bağlı bir ilk! | Banco.az

Beynəlxalq köçürmələrlə bağlı bir ilk!

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) GPI sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan Azərbaycan Beynəlxalq Bankı müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb. İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür. Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır. Üstəlik, müştərilər indi Bankın bu xidmətindən ödənişsiz istifadə edirlər.

Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SWIFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPI sistemini tətbiq edib. Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub.

Sistem beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur. Azərbaycan Beynəlxalq Bankının bu innovativ addımı hüquqi şəxs və sahibkar müştərilərin işinin daha da asanlaşmasına, müştəri məmnuniyyətinin və loyallığının artmasına xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et