Beynəlxalq Hesablaşmalar Bankı vergi xəbərdarlığı edib | Banco.az

Beynəlxalq Hesablaşmalar Bankı vergi xəbərdarlığı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Hesablaşmalar Bankı vergi məsələləri ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Mərkəzi bankların bankı kimi tanınan Beynəlxalq Hesablaşmalar Bankı (BIS) inflyasiya ilə mübarizə çərçivəsində dövlət xərclərini azaltmağa və vergiləri artırmağa çağırıb.

Beynəlxalq Hesablaşmalar Bankı (BIS) bəyan edib ki, bütün dünya hökumətləri mərkəzi banklara inflyasiyanı cilovlamaq və maliyyə böhranı riskini azaltmaqda yardımçı olmaq üçün vergiləri artırmalı və ya dövlət xərclərini azaltmalıdır.

Bəyanatda deyilənə görə, inflyasiyanın yüksək olduğu və faiz dərəcələrinin sürətlə yüksəldiyi bir vaxtda hökumətlər maliyyə siyasətini sərbəst buraxaraq “sabitlik zonası adlandırıla bilən sərhədləri sınaqdan keçirirlər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et