Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (IEA) zəifləyən Çin iqtisadiyyatının istehlaka təsirini əsas gətirərək 2025-ci il üçün qlobal neft tələbi proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, Parisdə yerləşən qurumun bildirdiyinə görə, Çinin neft tələbi iyun ayında ardıcıl üçüncü ayda da daralıb və xam neft idxalı sərt tədbirlərdən sonra ən aşağı səviyyəyə düşüb.
Agentlik iyun ayında daha zəif göstəricilər olduğunu düşünür.
IEA Çinin pandemiyadan sonrakı iqtisadi dirçəlişinin təsiri azaldıqca, Qərb iqtisadiyyatlarında, xüsusən də qlobal benzinin üçdə birinin istehlak edildiyi ABŞ-da güclü tələbat gözləyir.
Agentlik 2025-ci ildə dünya neft tələbatının sutkada 950 min barel artacağını proqnozlaşdırıb ki, bu, ötən proqnozdan sutkada 30 min barel azdır.
IEA həmçinin 2024-cü il üçün qlobal neft tələbi artımı proqnozunu dəyişməz saxlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!