Beynəlxalq birjalarda Dolların ucuzlaşması müşahidə edilir | Banco.az

Beynəlxalq birjalarda Dolların ucuzlaşması müşahidə edilir

Bu gün ABŞ-dan açıqlanacaq önəmli göstəricilər öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir.

Beynəlxalq valyuta birjalarında Amerikanın Çin ilə siyasi münasibətlərinə mənfi təsir edə biləcək qanun layihəsinin qəbul edilməsindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinə qarşı təzyiqlər daha da artıb. 

Beləliklə, EUR/USD məzənnəsi 1.1077, GBP/USD məzənnəsi isə 1.29 dollara ticarət edilməkdədir və sözügedən maliyyə aktivlərinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et