Beynəlxalq Bankın səhmləri qeydiyyata alınıb | Banco.az

Beynəlxalq Bankın səhmləri qeydiyyata alınıb

Yanvarın 13-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hər birinin nominal dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhmlərin əlavə buraxılışı AZ1004004581 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan verilən məlumata görə, səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Mənbə: Trend.az