Yevgeni Bosin Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə strukturu “MBA-Moskva”nın idarə heyətinin sədr müavini vəzifəsinə namizəd qismində təsdiq edilib.
Bu barədə Rusiyanın Korporativ Məlumatların Açıqlanması Mərkəzinə istinadən məlumat verilir.
Hazırda Y.Bosin “MBA-Moskva”nın müştəri əməliyyatları departamentinin direktoru vəzifəsində çalışır.
Bundan başqa, bankın maliyyə direktoru Natalya Dmitriyeva “MBA-Moskva”nın baş mühasibi vəzifəsinə namizəd qismində təsdiq edilib.
Mənbə: Trend.az