“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin I rübünü 507,504 milyon rubl (12,688 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən cəmi 253 min min rubl (6 min manat) xalis mənfəətlə çıxmışdı.
Yanvar-mart aylarında “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 542,502 milyon rubl (13,563 milyon manat, ötən ilin eyni dövründə zərər olub), mənfəət vergisi ödəmələri isə 34,998 milyon rubl (875 min manat) təşkil edib.
Bu il aprelin 1-nə “ABB-Moskva”nın aktivləri 8 007,368 milyon rubl (200,184 milyon manat) olub ki, bu da illik müqayisədə 19,8% çoxdur. Bunun 652,803 milyon rublu (16,32 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,85 dəfə böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 1,6% artaraq 3 064,311 milyon rubl (76,608 milyon manat), o cümlədən depozit portfeli 58,5% azalaraq 334,626 milyon rub (8,366 milyon manat), balans kapitalı isə 34,8% artaraq 4 943,057 milyon rubl (123,576 milyon manat) təşkil edib.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (103,123 milyon manat).
1 rubl = 0,025 manat
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!