"Beynəlxalq Bank"ın özəlləşdirilməsini gözləməyə dəyməz | Banco.az

"Beynəlxalq Bank"ın özəlləşdirilməsini gözləməyə dəyməz

"Bu ilin sonunadək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) özəlləşdirilməsini gözləməyə dəyməz". Bunu açıqlamasında "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib.

Onun sözlərinə görə, dövlət bankının balansından qeyri-işlək kreditlərin çıxarılması və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir: "Bu proses bu ilin sonunadək davam etdiriləcək, lakin bu ilin sonunadək bankın özəlləşdirilməsini gözləməyə dəyməz".

Vitse-prezident xatırladıb ki, 2015-2016-cı illər ərzində ABB-dən dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatına 10 mlrd. manat həcmində problemli aktiv ötürülüb: "Bu il daha 3 mlrd. dollarlıq problemli aktivin ötürülməsi planlaşdırılır".

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, bugünkü rəsmi məzənnəyə əsasən, bu il dövlət bankından təxminən 5,173 mlrd. manatlıq problemli aktivin çıxarılması nəzərdə tutulub. Yuxarıda da qeyd edildiyi kimi, indiyədək ABB-nin balansından 10 mlrd. manat həcmində toksik aktivin çıxarıldığını nəzərə alsaq, ilin sonuna bu rəqəm 15,2 mlrd. manata çatacaq.

Mənbə: Apa.az