Beynəlxalq Bankın nizamnamə kapitalı artıb | Banco.az

Beynəlxalq Bankın nizamnamə kapitalı artıb

“Azərbaycan Beynəlxalq Bankı”nın nizamnamə kapitalının 100 milyon manat artırılması ilə bağlı səhm emissiyası başa çatıb. Bakı Fond Birjasının verdiyi məlumata görə, bankın 1600 səhmdarından cəmi 40-ı əlavə kapital qoyuluşunda iştirak ediblər. Son nəticədə 100 milyon manatlıq səhmin təxnminən yarısı – 51 milyon 94,5 min manatlıq hissəsi alınıb. Bunun isə 51 milyon 70 min manatlıq hissəsi Maliyyə Nazirliyinə məxsus olub. Yəni, dövlətin ABB-dəki payına (51,07%) uyğun olaraq banka pul qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, son emissiyadan sonra ABB-nin nizamnamə kapitalı 590 milyon 192,3 min manatdan 641 milyon 286,8 min manata, dövlətin buradaklı payı isə 301 milyon 405 min manatdan 352 milyon 475 min manata çatdırılıb. Nəticə etibarı ilə, Beynəlxalq Bankda dövlətin payı 51%-dən 55%-ə qədər yüksəlib.

Ən sərfəli krediti almaq üçün müraciət et