Beynəlxalq Bankın işçilərinin sayı artıb | Banco.az

Beynəlxalq Bankın işçilərinin sayı artıb

Bu ilin ilk yarısında Azərbaycan Beynəlxalq Bankının işçilərinin ümumi sayı 3,5% artıb. Bu barədə Banka istinadən xəbər verilir.

Məlumata görə, iyulun 1-nə ABB-nin işçilərinin sayı 1 355 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 46 nəfər çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln.manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.