Beynəlxalq Bankın işçiləri imtahan verəcək | Banco.az

Beynəlxalq Bankın işçiləri imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.

"Banco.az" TQDK-ya istinadən xəbər verir ki, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.

ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət-Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.

Ən sərfəli kredit üçün müraciət et

İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10:00-da, II növbə saat 15:00-da başlanacaq və hər imtahan 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et