Azərbaycan Beynəlxalq Bankında kredit alan fiziki şəxslərin həyat sığortası ilə bağlı müəyyən dəyişikliklər var. Bu dəyişikliklər ABB-nin özünün riskləri minimallaşdırmaq üçün həyata keçirdiyi daxili siyasətindən irəli gəlir.
Banco.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib.
Belə ki, Bankın əməkdaşlıq etdiyi müvafiq sığorta şirkəti ilə bağlanmış müqaviləyə əsasən, şirkət Bankdan kredit alan fiziki şəxslərə sığorta polisi təqdim edir. Beləliklə, müştəri ilə bağlı baş verə biləcək bütün həyat sığortası hadisəsinə görə risklər tam olaraq sığorta şirkətinin üzərinə düşür.
“Bunun üçün ödənilən komissiya haqqı məbləğinin götürülən kredit məbləğinin guya 5 faizi həcmində olması barədə məlumatlar isə həqiqətə uyğun deyil. Belə ki, bu məbləğ götürülən kreditin müddətindən asılı olaraq dəyişir” deyə Y.Cəfərli bildirib.