Beynəlxalq Bankdan 28 May gününə özəl 20.000 manatadək kredit imkanı! | Banco.az

Beynəlxalq Bankdan 28 May gününə özəl 20.000 manatadək kredit imkanı!

Azərbaycan Beynəlxalq Bankı 28 May – Respublika günü, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə yeni kampaniyalara start verib. Bankın əmək haqqı və pensiya kartına sahib olan hər bir müştəri kampaniya çərçivəsində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 12 ayadək

•  İllik faiz dərəcəsi - 3% endirimlə / 20%-dən başlayaraq

•  Kredit 5000 manata qədər olduqda - zaminsiz

•  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Ən sərfəli kredit üçün müraciət et

(20.000 manata qədər nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından 60 ayadək müddətə almaq imkanı da var).  

 Bundan başqa, kampaniya çərçivəsində bütün müştərilər Azərbaycan Beynəlxalq Bankının VİSA Electron, VİSA Platinum, VİSA Gold Prime, VİSA Platinum Prime, VİSA İnfinite kartlarını 50% endirimlə ala bilərlər. Bu şərtlər müddəti 1 ildən 3 ilədək olan kartlara aiddir. Endirimlər həm müddəti uzadılan, həm də yeni sifariş verilən kartlara şamil olunur. Kampaniya çərçivəsində bir müştəri hər valyutada maksimum 1 ədəd kart sifariş edə bilər. Hər iki kampaniya 21 may tarixindən 8 iyun tarixinə qədər keçərlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.