"Hazırda səhmləri 100% Azərbaycan Beynəlxalq Bankına aid olan 2 aktiv törəməmiz var - Rusiya bazarında fəaliyyət göstərən “ABB-Moskva” Bankı və ən iri yerli prosessinq mərkəzi olan “Azerikard” MMC".
Bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Azərbaycanın ən böyük bankının sədri, "Rusiyadakı törəməmiz, əsasən, iki ölkə arasındakı ticarət dövriyyəsinə dəstək olmaq məqsədilə ticarət maliyyələşdirməsi və pul köçürmələrində mühüm rol oynayır. “Azerikard” isə ölkəmizdəki 30 yerli bankdan 19-a kart-prosessinq xidməti göstərir. Qeyd etdiyim kimi, hazırda bankımızın yeni inkişaf strategiyası üzərində işləyirik. Törəmə müəssisələrimizin yeni inkişaf strategiyalarına da bu layihə çərçivəsində baxılır", - deyə əlavə edib.
marja