Beynəlxalq Bank yeni vakansiya elan edir!! | Banco.az

Beynəlxalq Bank yeni vakansiya elan edir!!

Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamentinin Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq. Həmçinin layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağı təklif edirik

Görəcəyiniz işlər:

  • Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
  • Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
  • Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair  tövsiyə və rəyin bildirilməsi,  kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office(Əsasən Excel)  proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 3-5 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

Ən sərfəli kredit üçün müraciət et

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər dəvət olunacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et