Beynəlxalq Bank uzunmüddətli əmanət qəbulunu dayandırdı | Banco.az

Beynəlxalq Bank uzunmüddətli əmanət qəbulunu dayandırdı

Banco.az ABB-nin rəsmi sayıta istinadən bildirir ki, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin 17.04.2015-ci il tarixli qərarına əsasən 21.04.2015-ci il tarixindən etibarən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan yeni əmanətlərin qəbulu ləğv edilmişdir.  (“Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlər istisna olmaqla).
Həmçinin qərarla bir sıra aşağıdakı dəyişikliklər də təsdiqlənmişdir:

  • Rusiya rublu valyutasında yeni depozitlərin (əmanətlərin) qəbulu ləğv edilmişdir.  
  • 100.000 manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0.5 faizin əlavə edilməsi qüvvədən düşmüşdür.
  • “Qızıl depozit” və “Avans” əmanət növləri ləğv edilmişdir.

Əmanətçilərin nəzərinə!

Ən sərfəli kredit üçün müraciət et

  • 1.04.2015-ci il tarixindən əvvəl bağlanmış,  faizlərin ödənilməsi müddətin sonunda nəzərdə tutulan əmanət müqavilələri müddətinin sonunadək qüvvədə qalır və müqavilənin müddəti bitdikdən sonra avtomatik uzadılır.
  • 21.04.2015-ci il tarixindən əvvəl bağlanmış “Qızıl depozit” və “Avans” əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

Ən sərfəli krediti almaq üçün müraciət et