Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi gündəmdədir.
Bu barədə maliyyə naziri Samir Şərifov aprelin 20-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, müəyyən strateji aktivlər istisna olmaqla, dövlətə məxsus aktivlərin özəlləşdirilməsinə dövlət həmişə hazır olmalıdır. Müəyyən proqram var və bu istiqamətdə işlər aparılır.
“İyulda Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının ümumi yığıncağının keçirilməsi planlaşdırılır. Həmin ay idarə heyəti üzvlərinin vaxtları da sona çatır. ABB-nin yeni sədri də səhmdarların həmin ümumi yığıncağında müəyyənləşəcək”, - deyə nazir qeyd edib.
azertag.az