Bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib.
Banco.az xəbər verir ki, Palatanın sədri çıxışında ölkədə bank sektorunun yaxşılaşdırılması və maliyyə vəziyyətinin normallaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb.
R.Aslanlı: "Bank sektorunun sağlamlaşdırılması, iqtisadi artım və effektivliyin təmin olunması, biznesin inkişafı üçün tədbirlər görülür. 2017-ci ilə qədər dövlət tərəfindən maliyyə bazarlarının bir sıra islahatlar həyata keçirilir. Hal-hazırda sağlamlaşdırma prosesində olan bank "Beynəlxalq Bank"-dır. Bu bankın bir hissəsi dövlətə məxsusdur, buna görə də bankın sağlamlaşdırılmasında Maliyyə Nazirliyi də tədbirlər görür. 2017-ci ilə qədər "Beynəlxalq Bankın Özəlləşməyə tam hazırlanması düşünülür".