Beynəlxalq Bank nəhayət mənfəətlə işləməyə başlayıb | Banco.az

Beynəlxalq Bank nəhayət mənfəətlə işləməyə başlayıb

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 2017-ci il 1 oktyabr tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Belə ki, sözügedən dövrdə bankın cəmi aktivləri 7 106,53 mln. manat təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 2 dəfəyə qədər, yəni 41,9% azdır. Bunun əsas səbəbi isə bankın restrukturizasiyası ilə bağlı problemli aktivlərinin ötürülməsi ilə bağlıdır.

Beynəlxalq Bankın aktivlərin 1 604,712 mln. manatını likvid aktivlər, 3 050,949 mln. manatını digər banklardakı depozitlər, 268,43 mln. manatını qiymətli kağızlar,  2 217,421 mln. manatını isə müştərilərə verilmiş kreditlər təşkil edib. İlin əvvəli ilə müqayisədə  isə bankın kredit portfeli 56% azalıb.

Bankın bankın cəmi öhdəlikləri 6 739,125 mln. manat təşkil edib ki, bunun da 2 348,052 mln. manatını bankların və digər maliyyə institutlarının vəsaitləri, 437,408 mln. manatını fiziki şəxslərin tələbli depozitləri, 2 375,421 mln. manatını hüquqi şəxslərin tələbli depozitləri, 1 004,817 mln. manatını fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın 1-nə Beynəlxalq Bankın xüsusi kapitalı 319,421 mln. manat, cəmi kapitalı isə 367,405 mln. manat təşkil edib.

Bank bu ilin ilk 9 ayını 469,893 mln. manat mənfəətlə başa vurub.

Bu müddətdə maliyyə qurumunun faiz gəlirləri 404,988 mln. manat, faiz xərcləri 273,565 mln. manat, qeyri-faiz gəlirləri 464,541 mln. manat, qeyri-faiz xərcləri 120,254 mln. manat təşkil edib, xalis əməliyyat mənfəəti 475,711 mln. manat təşkil edib ki, bundan da 5,818 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et