Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 4 may 2017-ci il tarixli qərarına əsasən və “Banklar haqqında” qanuna uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlanılıb.
Bu barədə Bankın rəsmi mətbuatdakı açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, restrukturizasiya prosesinin təsir etdiyi kreditorlar məhkəmə qərarının və restrukturizasiya planının layihəsinin surətlərini ABB-nin baş ofisindən (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67) və Nəsimi Rayon Məhkəməsindən əldə edə bilərlər.
Mənbə: Report.az