Beynəlxalq Bank-ın son vəziyyəti: 140 mln. manat mənfəət | Banco.az

Beynəlxalq Bank-ın son vəziyyəti: 140 mln. manat mənfəət

Beynəlxalq Bank 31 mart 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb. 

Hesabatlara əsasən, cari ilin ilk rübündə bankın cəmi aktivləri 8 mlrd. 403 mln. 162 min manat olub. Bu isə 2017-ci ilin yekun göstəriciləri ilə müqayisədə 3,4% azdır. Aktivlərin 833 mln. 327 min manatını likvid aktivlər, 4 mlrd. 521 mln. 607 min manatını banklardakı depozitlər, 264 mln. 428 min manatını isə digər aktivlər təşkil edir. 

Sözügedən tarixə, bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 1 mlrd. 670 mln. 399 min manat təşkil edib. Bu isə 31 yanvar 2017-ci ilə olan kredit portfelinin həcmi ilə müqayisədə 113 mln. 960 min manat azdır. 

Beynəlxalq Bank-ın cəmi öhdəlikləri 7 mlrd. 307 mln. 718 min manat olub ki, bunun da 4 mlrd. 258 mln. 877 min manatını hüquqi və fiziki şəxslər tərəfindən yerləşdirilmiş depozitlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

CƏMİ KAPİTALI ARTIB

Beynəlxalq Bank-ın 2018-ci ilin ilk rübündə ötən ilin sonu ilə müqayisədə cəmi kapitalı 15,5% artaraq 1 mlrd. 95 mln. 444 min manat olub.

MƏNFƏƏTDƏDİR

Cari ilin ilk 3 ayı ərzində əməliyyat mənfəəti  75 mln. 491 min manat olan bank, həmin məbləğin 64 mln. 404 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bankın vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəəti 139 mln. 895 min manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et