Beynəlxalq Bank-ın sədr müavininə başqa vəzifə verilib | Banco.az

Beynəlxalq Bank-ın sədr müavininə başqa vəzifə verilib

09 aprel 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. Toplantı zamanı bankın İdarə Heyətində yeni dəyişiklik və təyinat olub.

Belə ki, Müşahidə Şurasının iclasında Bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın Baş risk inzibatçısı təyin edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Aqşin Zəkaray oğlu Əmirov 1978-ci ildə anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib. London Business School-un MBA proqramının məzunudur. 2004-2015-ci illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb və Bankın İdarə Heyəti sədrinin müavini (2015-2016) olub. 2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.