"Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi üçün xarici tərəfdaş axtarırıq". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) şöbə müdiri Rüstəm Tahirov deyib.
R.Tahirovun sözlərinə görə, Palata və Maliyyə Nazirliyi ABB-yə nəzarətlə bağlı sıx əməkdaşlıq edir.
"Fitch" reytinq agentliyinin maliyyə institutları üzrə direktoru Dmitri Vasilyev isə dövlətin ABB-yə dəstəyinin davam edəcəyini proqnozlaşdırdığını deyib.
Mənbə: Report.az