“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Xalid Əhədov “Reuters” informasiya agentliyinə verdiyi müsahibəsində bildirib ki, bankda hal-hazırda maliyyə-təşkilati sağlamlaşdırma tədbirlərindən aparılır.
X.Əhədov qeyd edib ki, bu tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankının 2017-ci ili kiçik də olsa, mənfəətlə başa vurması proqnozlaşdırılır. X.Əhədov Bankın xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı probleminin olmayacağını bildirib.