Beynəlxalq Bank I yarımilliyi böyük zərərlə başa vurub | Banco.az

Beynəlxalq Bank I yarımilliyi böyük zərərlə başa vurub

Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin I yarısı üzrə Konsolidasiya Edilmiş Maliyyə Hesabatını açıqlayıb.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, 2015-ci I yarısında bankın aktivlərinin həcmi 10 mlrd. 767,61 mln. manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 17,1% çoxdur.

Aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, burada əsas pay sahibi müştərilərə verilən kreditlərdir - 9 mlrd. 352,608 mln. manat. 

Hesabat dövründə ABB-nin öhdəlikləri kəskin artıb. Belə ki, ilin əvvəlində bu göstərici 8 mlrd. 512,184 mln. manat idisə, iyulun 1-ə 10 mlrd. 235,781 mln. manata çatıb. Beləliklə, bankın öhdəlikləri 1 mlrd. 723,597 mln. manat və ya 20,25% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Öhdəliklərin tərkibinə nəzər salanda məlum olur ki, burada müştəri hesablarının payı 4,658 mlrd. manat, digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərinin payı 2,243 mlrd. manat, subordinasiya kreditlərinin payı 720,108 mln. manatdır.

Bankın məcmu kapitalı 521,829 mln. manatdır və 6 ay ərzində 164,755 mln. manat azalıb.

ABB-nin nizamnamə kapitalı 641,287 mln. manat təşkil edib və ilin əvvəli ilə müqayisədə 51,095 mln. manat artıb.

Bank hesabat dövrünü 215,85 mln. manatlıq zərərlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et