Beynəlxalq Bank açıqlama verdi | Banco.az

Beynəlxalq Bank açıqlama verdi

ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, Bankda İslam bankçılığı departamentinin ləğv olunması barədə məlumatı təsdiqləyən Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, bu addımın Azərbaycan Beynəlxalq Bankında həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində atılıb. Onun sözlərinə görə, xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmışsazişlər, Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir.

Ən sərfəli kredit üçün müraciət et

İslam bankçılığı sahəsində çalışmış işçilərə gəlincə,Y.Cəfərli funksional bölgüyə uyğun şəkildə mütəxəssislərin öz fəaliyyətlərinə davam etdiklərini söyləyib.

Ən sərfəli krediti almaq üçün müraciət et