Beynəlxalq Bank 20 min manatadək kredit təklif edir! | Banco.az

Beynəlxalq Bank 20 min manatadək kredit təklif edir!

Azərbaycan Beynəlxalq Bankı müştərilərin alternativ satış kanalları vasitəsilə kredit almaq imkanlarını daha da genişləndirib. Üstəlik, nağd pul kreditini bu kanallar üzərindən sifariş edən müştərilər indi güzəştlər də qazanır.

Belə ki, kredit almaq üçün banka www.ibar.az internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və IBAm MobilBank əlavəsi vasitəsilə müraciət edən müştərilərə illik faiz dərəcəsində 1% güzəşt edilir və kreditin rəsmiləşdirilməsinə görə heç bir komissiya haqqı tutulmur. Bu, əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə bankdan nağd pul krediti sifariş verən müştərilərə də aiddir.

Azərbaycan Beynəlxalq Bankının alternativ satış kanalları ilə təklif etdiyi nağd pul kreditlərinin özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 60 ayadək

Ən sərfəli kredit üçün müraciət et

•  İllik faiz dərəcəsi -  1% endirimlə, 23%-dən başlayaraq

•  Kredit 5000 manata qədər olduqda - zaminsiz

•  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün krediti www.ibar.az internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və IBAm MobilBank əlavəsi vasitəsilə sifariş vermək, yaxud sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqı və ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.