Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq hava yolları şirkətləri İsrailə uçuşları təhlükəsizlik baxımından dayandırıb və ya təxirə salıb.
Banco.az xəbər verir ki, İsrail və İran arasında yaşanan gərginliyə görə beynəlxalq aviaşirkətlər bu ölkəyə uçuşlarının vaxtını dəyişməli olublar.
Belə ki, Britaniyanın “Wizz Air” aviaşirkəti aprelin 13-də İranın İsrailə hücumundan sonra aprelin 14-ü və 15-də Tel-Əvivə uçuşları ləğv edib.
Britaniyanın “easyJet” aviaşirkəti də İsraildəki "davam edən vəziyyət" səbəbindən yay mövsümü də daxil olmaqla Tel-Əvivə uçuşları oktyabrın 27-dək dayandırıb.
Almaniyaya məxsus “KLM” hava yolları şirkəti aprelin 21-dək İsrailə uçuşları ləğv etməklə yanaşı, aviareyslərinin İran və İsrail səmalarından həyata keçirilməyəcəyini açıqlayıb. “Lufthansa” isə bu gündən etibarən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edib. Şirkət Tehran və Beyruta reyslərini aprelin 18-dək ləğv edərək İranın hava məkanından istifadə etməyəcəyini bəyan edib.
“Air India” aviaşirkəti Təl-Əvivə uçuşları müvəqqəti dayandırmaq qərarına gəlib.
ABŞ-ın “United Airlines” aviaşirkəti də Təl-Əvivə uçuşları dayandıraraq mayın 1-dək bölgəyə bileti olan sərnişinlərə məbləğin tam geri qaytarılacağını açıqlayıb.
“Air Canada” şənbə günü Təl-Əvivə uçuşunu ləğv etdikdən sonra bölgədəki vəziyyəti izləməyə və uçuş cədvəllərini buna uyğun olaraq tənzimləməyə davam edəcəklərini elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!