Bəxti gətirənlər | Banco.az

Bəxti gətirənlər

Xırda əvəzinə milyon

Bir çoxumuz həyatımızda heç olmasa bir dəfə kiminsə gözlənilmədə içərisi pula dolu çamadan tapdığı və ya lotereyada böyük məbləğjə uduşa sahib olduğu barədə ya oxuyub, ya da eşidib. Biz də bəxti gətirənlərin bəziləri haqda sizə məlumat verəcəyik. Onlardan biri ABŞ sakini Larri Ross olub. O, heç vaxt bəxti gətirən olmayıb. Görünür yaxşı əməllərinə görə, günlərin birində taleyi onu mükafatlandırılıb. Ağır və narahat iş günlərinin birində Larri həmişə olduğu kimi fasilədə xot-doq yemək qərarına gəlib. Cibində xırda pullar olmayan Larri xot-doqun pulunu ödəmək üçün satıcıya 100 dollarlıq əskinaz verib. Satıcı isə ona xırda pulun olmadığını bildirib. Kioskda lotereya biletlərini görən Larri 98 dollara biletlər alıb. Qalan 2 dolları isə xot-doqa görə ödəyib. Bu biletlərdən biri uduşlu olub. Yeməyini yeyən fəhlə işləmək üçün geri qayıdıb. O, iri məbləğli uduşa sahib olduğundan belə xəbərsiz olub. Sonradan məlum olub ki, pul xırdalamaq xətrinə alınan lotereya biletləri Rossa 130 milyon dollar qazandırıb. Xoşbəxt adam bəxtinin gətirdiyinə uzun müddət inana bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Milyonçu bomjlar

Zolt və Geza Peladi qardaşları Budapeştin şəhərkənarında yerləşən gecəqonduda yaşayıblar. Onlar küçədə tapdıqları hər cür əşyanı satmaqla dolanıblar. Qardaşlar Almaniyada yaşayan ana nənəsi öldükdən sonra var-dövlət sahibi olublar. Maraqlıdır ki, qardaşların onun mövcudluğundan xəbərləri olmayıb. Birdən birə bomj qardaşlara 100 milyon dollar miras qalıb. Almaniya qanuna görə, harada yaşamasından asılı olmayaraq birbaşa varislər avtomatik olaraq mirasa sahib olurlar. Peladi qardaşları anaları öldüyündən birbaşa varis hesab olunurlar. Nəticədə nənə öldükdən sonra bütün miras onlara və qardaşların ABŞ-da yaşayan bacısına qalıb.

ucnoqta.az

Ən sərfəli krediti almaq üçün müraciət et