Bəxt üzünə güldü! | Banco.az

Bəxt üzünə güldü!

ABŞ-ın Nyu-York şəhərində yaşayan 25 yaşındakı Aşer Conniff, şansının və səhvlərinin köməyiylə qatıldığı bir poker turnirində 1 milyon dollar qazanıb.

20 apreldəki bir turnirdə 200 min dollarlıq mükafat qazanaraq öz karyera rekordunu qıran Conniff, turnirdən bir neçə gün sonra internet üzərindəki bir poker fəaliyyətinə qatılmaq istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin səhv yerə basdığına görə özünü qumarxanalarıyla məşhur Atlantic Citydəki canlı bir poker turnirinə daha qatılarkən tapıb. Səhvən girdiyi turnir səbəbi ilə ailə tətilini ləğv edən gənc adam, 239 adamın qatıldığı çempionatda final masasına qalmağı bacarıb. 6 saatlıq final oyununda, aralarında köhnə bir poker çempionunun da olduğu 5 rəqibini məğlub edən Conniff, mükafata uzanıb. Qazandığı pullarla poza verən Conniff "Həyatımın ən dəli həftəsiydi. Bunu xəyal belə edə bilməzdim" deyib.

Ən sərfəli krediti almaq üçün müraciət et