Bəşər Əsədin rəsmi ilə pul kəsiləcək | Banco.az

Bəşər Əsədin rəsmi ilə pul kəsiləcək

Suriyada prezidenti Bəşər Əsəd üzərində özünün şəkli olan əskinaslar buraxdırıb. 

Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Suriyada 2 min funtluk pullar istifadəyə verilib. Pulun üzərində ilk dəfə Bəşər Əsədin şəkli yerləşdirilib. Suriya Mərkəzi bankın sədri Duraid Durgham deyib ki, bu pulu əvvəldən hazırlayıblar, ancaq həm müharibə, həm də xarici valyutada yaşanan dəyişikliyə görə istifadəyə buraxmağı təxirə salıblar.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, 2 minlik Suriya funtu indi 4 dollarla eynilik təşkil edir, 2011-ci ildə isə 1 dolar 47 Suriya pundu idi. İndi isə bir dollar 500 Suriya funtdur.

Qeyd edək ki, bu əskinasın çapına qədər Suriyada ən yüksək məbləğdə pul vahidi min funt idi. Həmin əskinasların üzərində isə Bəşər Əsədin atası Hafiz Əsədin şəkli var.