Bəs siz dünyaca məşhur olan bu memarlıq nümunələrini tanıyırsınız? | Banco.az

Bəs siz dünyaca məşhur olan bu memarlıq nümunələrini tanıyırsınız?

Müəllif:  Aida İsaq, Banco.az

İnsan əllərinin heyrətamiz gözəlliklər yarada bildiyini müxtəlif formalarda müşahidə edə bilərik. Rəssamların boyalarla yaratdığı sirrli aləmlər, dərzilərin göz oxşayan paltar nümunələri, memarların özünəməxsus sənət əsərləri və s. Həyata daha incə formada yanaşmağı sevənlər üçün isə ətrafda gördüyümüz hər detalın öz bənzərsiz ustadı vardır. Gündəlik həyat rutinimizə uyğun olaraq bəzən yolda gedərkən, evimizin pəncərəsindən ətrafı seyr edən zaman fərqli tikililərlə rastlaşa bilirik. Həmin nümunələr bəzən xüsusi məqsədlə, bəzən sırf ecazkarlıq ikonu yaratmaq üçün məşhur ustalar tərəfindən inşa edilir. İndi isə gəlin, bütün dünyanın heyran qaldığı bu kimi nümunələrə birgə nəzər salaq.

Lotos məbədi - Yeni Dehli / Hindistan

lotus tapınağı

Xalq arasında Lotos məbədi kimi tanınan tikili əslində dünyanın müxtəlif yerlərində mövcud olan digər Bəhai məbədlərinin sonuncusudur.  (red. Bəhai Dini - bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir.) Bu məbəd 1986-cı ildə inşa edilib və qapıları susmağı bacaran hər kəsin üzünə açıqdır. Məbəddə səs-küy salmaq və ya meditasiya zamanı ayrılan enerjini poza biləcək hər hansı bir şey etmək yolverilməzdir. 

Məşhur iranlı memar Fariborz Sahbanın məbədin layihəsini qurarkən Lotos çiçəyindən ilhamlanıb. Bunun səbəbi isə sözü gedən çiçəyin hinduizmdə saflığı və müqəddəsliyi təmsil etməsidir. 2500 nəfərin yerləşə biləcəyi memarlıq nümunəsi 105 min kvadratmetr ərazini əhatə edir. İndiyədək məbədi 70 milyondan çox insan ziyarət edib. Bu rəqəm Eyfel qülləsi və Tac Mahaldan sonra ən çox ziyarət edilən üçüncü tikili deməkdir.

Empayr Steyt Bildinq – Nyu-York / ABŞ

empire state building

İkonik memarlıq abidələri dedikdə ağıla ilk gələnlərdən biri də "Empayr Steyt Bildinq"dir. Amerikada Əkiz Qüllələr tikilənə qədər "Empayr Steyt Bildinq" dünyanın ən hündür binası olub. 102 mərtəbəyə və 443,2 metr hündürlüyə sahibdir. Binanın hündürlüyünü daha yaxşı anlamaq üçün deyə bilərik ki, qışın bəzi günlərində binanın aşağı mərtəbələri səviyyəsində yağış yağarkən, üst mərtəbəyə qar yağdığı bildirilirdi. 1930-cu ildən etibarən onun tikintisi cəmi 20 ay davam edib. Amerikalılar üçün bu binanın yeri olduqca xüsusidir. "Empayr Steyt Bildinq" 1931-ci ildə ABŞ tarixindəki ən pis iqtisadi böhranlardan biri zamanı tikilib. İqtisadi böhrana baxmayaraq, bu bina minlərlə işçini özündə birləşdirən mühüm ticarət mərkəzinə çevrilib. Bu səbəbdən "Empayr Steyt Bildinq" Amerika milləti üçün bir cəsarət abidəsi olaraq görülür. Art Deco təsiri ilə dizayn edilsə də, "Empayr Steyt Bildinq" çox sadə və bəzəksiz bir arxitekturaya malikdir.

Müqəddəs Mark kafedralı – Venesiya, İtaliya

sanmarcobazilikası mimari yapılar

12 həvaridən biri olan San Markonun sümüklərini qorumaq üçün tikildiyi gündən bəri şəhərin ən əhəmiyyətli kilsəsi statusunu qoruyan Müqəddəs Mark kafedralı San Marko meydanında yerləşir. (red. xristian dini rəvayətinə görə, İsa peyğəmbərin, İncilin ehkamlarını yaymaqla vəzifələnmiş 12 əshabəsinə – şagirdinə verilən ad (adətən cəm şəklində – həvariyyun, həvarilər şəklində işlənir). Və məbəd italyan kilsəsindən daha çox İstanbuldakı kilsələrə bənzəyir. Kafedral İstanbuldakı müqəddəs həvarilər kilsəsinin maketi əsasında tikilib. 

İstanbulun fəthindən sonra məscidə Fatih məscidi adı verilib. Məşhur Müqəddəs Mark kafedralı Fatih məscidinin əvvəlki kilsə formasıdır. Tikintisi 1094-cü ildə başa çatan bina Yunan Xaçı şəklində inşa edilib. Amma bu, ancaq binanın içərisində nəzərə çarpan bir detaldır. Kafedral beş günbəzdən ibarətdir. Günbəzin üzərində zərli Bizans mozaikaları var. Tikilinin içərisində muzeylər, qızıl heykəllər və şüşə əsərləri var. Kilsənin girişindəki dörd atlı heykəli “Qiyamətin dörd atlısını” təsvir edir. San Marko, şübhəsiz ki, xristian dininə əsaslanan memarlıq strukturları arasında çox mühüm yer tutur.

Tac Mahal – Aqra / Hindistan

Ən sərfəli kredit üçün müraciət et

tac mahal mimari yapılar

Dünyanın 7 möcüzəsindən biri və Hindistan deyincə ağla gələn ilk memarlıq quruluşu olan Tac Mahalın sevgiyə həsr olunmuş abidə olduğunu deyə bilərik. Tikili 73 metr hündürlüyə sahibdir. Tac Mahalın Moğol padşahı Cihan tərəfindən sevimli həyat yoldaşı Ərcümənd Banu-Begüm Mümtaz Mahal üçün inşa edildiyi qeyd olunur. Şah bu ziyarətgahı tikmək üçün bugünkü məzənnə ilə 1 milyard dollardan çox maliyyə xərcləyib. Bu ecazkar sənət nümunəsini bina kimi qəbul etsək hovuzları və landşaft dizaynı ilə İranın irəm bağlarından ilhamlanaraq ərsəyə gəldiyini sezmək mümkündür.

Onun tikintisi 22 il ərzində 20.000-dən çox işçi və 1000-dən çox filin iştirakı ilə tamamlanıb. Mümtaz Mahalın məqbərəsinin yerləşdiyi hissədə onu mədh edən kitabələr var. Dövrün mühüm xəttatlarının imzasını daşıyan Yasin surəsi türbə quruluşunun ən diqqət çəkən hissəsidir. 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən memarlıq quruluşu ildə 4 milyon ziyarətçiyə ev sahibliyi edir.

Rəqs edən ev – Praqa / Çexiya

dans eden ev

Praqa şəhərinin mərkəzində Frank Gehry tərəfindən dizayn edilən Rəqs Edən Ev 1992-1996-cı illərdə inşa edilib. Tikili Hollivudun 1930-cu illərdəki məşhur rəqs cütlüyü Fred Astaire və Ginger Rogersi xatırlatdığı üçün postmodern memarlıq strukturları arasında əhəmiyyətli yerə sahibdir. Rəqs Evi iki hissədən ibarətdir. Birinci hissə maili sütunlarla dəstəklənən şüşə qülləyə bənzəyir. İkinci hissə isə çaya paralel uzanan dalğavari quruluşa malikdir. 

Sütunların bu dalğavari forması və pəncərələrin asimmetrik düzülüşü binaya müəyyən hərəkətlilik qatır. Çaya və onun qarşısındakı meydançaya birbaşa bağlı olan binanın birinci mərtəbəsində kafelər var. Binanın ikinci mərtəbəsindən yeddinci mərtəbəsinə qədər ofislər yer alır. Üst mərtəbədə şəhərə panoraması olan restoran var. Bina o qədər müasir görkəmə malikdir ki, sanki Praqada deyil, Nyu-Yorkdasan kimi hiss etdirir.

Bürc Xəlifə - Dubay

burj khalifa

828 metr hündürlüyə sahib olmaqla dünyaya meydan oxuyan Bürc Xəlifə Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Səhranın yumşaq torpağı, yüksəldikcə sürətlənən küləklər, səhra istisinin yandırıcı təsiri ilə belə hündür binanın normal arxitekturaya malik inşası qeyri-mümkün görünürdü. Memar Bill Baker bu sürüşkən səhranın üzərini 3 tərəfli Y şəkilli döşəmə ilə örtür. 194 dərin basdırılmış dəmir barmaqlığı olan bu üçbucaqlı yer Bürc Xəlifə üçün unikal möhkəm platforma yaradır. 

Westminster Kilsəsi - London / İngiltərə

westminster kilisesi

Böyük Britaniyanın ən mühüm dini tikililərindən biri hesab edilən Vestminster Sarayının qərb tərəfində yerləşən və orijinal adı St. Peter Kilsəsi olan nümunə tarix boyu tacqoyma və dəfn mərasimlərinə ev sahibliyi etdiyi üçün Britaniya tarixində simvolik bir yerə sahibdir. 

Tarix boyu 3300-dən çox insanın, o cümlədən 16 kral və kraliça, 8 baş nazir, şairlər, yazıçılar, aktyorlar, elm adamları (İsaak Nyuton, Çarlz Darvin kimi) və hərbi liderlərin dəfn edildiyi monastır sadəcə qəbiristanlıq hissəsi ilə belə ölkənin ən əhəmiyyətli mərkəzlərindən biri olaraq qəbul edilir. Qotik monastır olan binanın tarixi 7-ci əsrə aid olsa da, monastırın indiki vəziyyəti 1245-ci ilə təsadüf edir. Kral III. Henrinin əmri ilə tikilməyə başlanan monastır qotika üslubu ilə göz oxşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram