"Berkshire Hathaway"in əməliyyat mənfəəti sonuncu rübdə azalıb | Banco.az

"Berkshire Hathaway"in əməliyyat mənfəəti sonuncu rübdə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Berkshire Hathaway”in əməliyyat mənfəəti IV rübdə holdinqin bizneslərinə inflyasiya təzyiqləri səbəbindən aşağı düşüb.

Banco.az xəbər verir ki, şənbə günü yayımlanan açıqlamaya görə, tanınmış milyarder Uarren Baffetin sahib olduğu “Berkshire Hathaway” holdinqinin əməliyyat mənfəəti 2022-ci ilin dördüncü rübündə 6,7 milyard dollar təşkil edib. Bu, bir il əvvəl mənfəətin 7,285 milyard dollara çatdığı analoji dövrlə müqayisədə 7,9 faiz azdır. 

Qeyd edək ki, əməliyyat mənfəəti holdinqin sahib olduğu səhmlərdən əldə edilən ümumi mənfəəti əks etdirir.

“Berkshire”in dəmir yolu, kommunal xidmətlər və enerji müəssisələrindən əldə etdiyi mənfəət isə 2022-ci ilin dördüncü rübündə əvvəlki ilə nisbətən bir qədər aşağı olmaqla 2,2 milyard dollara çatıb. Digər tərəfdən, holdinqin sığorta anderraytinqi biznesi bir il əvvəlki 372 milyon dollardan 244 milyon dollara qədər geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et