Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb | Banco.az

Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb

Bu gün saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində “Yelo Bank” ASC-nin 2 əməkdaşı yaralanıb.

Bankdan verilən məlumata görə, əməkdaşlardan birinin vəziyyəti ağır, digərinin isə qeyri –kafidir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et