Bərbərlər 2019-cu ildən nə qədər vergi ödəyəcək? | Banco.az

Bərbərlər 2019-cu ildən nə qədər vergi ödəyəcək?

Banco.az Vergilər Nazirliyinə istinadən 2019-cu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sual və cavablarla izahlarıni təqdim edir. Bütün suallarla buradan tanış ola bilərsiniz. https://goo.gl/98AMVv

Mən Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğulam. Əldə etdiyim gəlirdən nə qədər vergi ödəməliyəm?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat məbləğində sadələşdirilmiş vergi ödəyir. Bu əmsal Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0,5-dir. Məsələn, Astara şəhərində bərbər fəaliyyəti ilə məşğul olan şəxslər “Sabit verginin ödənilməsi haqqında qəbz” alaraq, ayda 7,5 manat (15 manat x 0.5 ) məbləğində sadələşdirilmiş vergi ödəməlidirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab edilir. Bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qay- dada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elek- tron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.

Əsas: Vergi Məcəlləsi, 220.10-cu maddə

Ən sərfəli krediti almaq üçün müraciət et