Belçikada elektrik enerjisi ödənişləri 95% artıb | Banco.az

Belçikada elektrik enerjisi ödənişləri 95% artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Belçikada enerji ödənişləri üzrə 95% artım qeydə alınıb.

Banco.az xəbər verir ki, Belçika federal enerji tənzimləyici qurumu “CREG” oktyabr ayında orta ailənin illik elektrik enerjisi və təbii qaz istehlakı üçün ödəyəcəyi cari rəqəmləri ehtiva edən məlumatları dərc edib.

Bu məlumatlara görə, ölkədə keçən ilin oktyabr ayında müqavilə bağlamış bir ailənin orta illik enerji ödənişi 3 min 67 avro idi. Bu ilin oktyabr ayında müqaviləsini yeniləyən bir ailənin orta illik enerji ödənişi isə 95,3 faiz artaraq 5 min 989 avroya çatıb. Bu da o deməkdir ki, ödənişlər ötən bir il ərzində 2 min 922 avro artım göstərib.

Orta hesabla istehlak edən bir ailənin illik təbii qaz ödənişi sözügedən dövrdə əvvəlki aya nəzərən 20% artmaqla 3 min 564 avro, elektrik enerjisi ödənişi isə 14% artmaqla 2 min 425 avro hesablanıb.

Məlumat üçün qeyd edək ki, Belçikada ev təsərrüfatlarının təbii qaz və elektrik sərfiyyatı hər ay ölçülərək hesablanmır. Evin ölçüsü, neçə nəfərin yaşadığı və enerji təsnifatı kimi müxtəlif amillər nəzərə alınmaqla orta illik enerji istehlakı müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu rəqəm 12 aya bölünür və hər ay eyni məbləğ ödənilir. İlin sonunda isə aparılan hesablamalarla müəyyən edilmiş fərq tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et